Boris Conson hansı işlə məşğul olacaq?

Boris Conson hansı işlə məşğul olacaq? dünən Böyük Britaniya kraliçası II Yelizaveta Balmoral qəsrində ölkənin keçmiş Baş naziri Boris Consonla görüşüb və onun istefasını qəbul edib.
Boris Consonun istefasından sonra bir çox insanı 58 yaşlı siyasətçinin bundan sonra hansı işlə məşğul olacağı maraqlandırır.
Boris Consonun bioqrafiyası ilə məşğul olan Endryu Gimsonun fikrincə, keçmiş Baş nazir istefadan sonra sakit şəkildə bir kənara çəkilən və yalnızca xeyriyyə işləri ilə məşğul olan bir şəxs deyil.
“BBC” yazır ki, Conson siyasətə gəlməzdən əvvəl məşhur və yaxşı gəlir əldə edən jurnalist olub. O, bu dövrdə jurnal və qəzetlərə yazılar yazıb və Baş nazir olduqdan sonra bu fəaliyyətini dayandırıb.
Belə ki, “Daily Telegraph” qəzeti həftəlik köşə yazıları üçün B.Consona ildə 275 min funt ödəyib. Bildirilir ki, indi müxtəlif media qurumlarının Conson uğrunda mübarizə aparacağı istisna edilmir.
Bundan əlavə, Consonun kitab yaza biləcəyi də xüsusi olaraq vurğulanır. Onun artıq 8 kitab yazdığı məlumdur.
Lakin bunlar B. Consonun istefadan sonra məşğul ola biləcəyi yeganə fəaliyyətlər deyil. Nəşr onun ictimai çıxışlar sayəsində yaxşı gəlir əldə edə biləcəyini də vurğulayıb. Siyasətçi bu sahədə yaxşı təcrübəyə malikdir. Belə ki, o, 2019-cu ilin martında hələ Baş nazir olmamışdan əvvəl iki çıxışı üçün 160 min funt gəlir əldə edib.

Tehsil-press.az


Oxşar xəbərlər