İngiltərədə deputatlar Kraliçanın xatirəsini yad etmək üçün parlamentə toplaşıblar.
650 deputatı olan İcmalar Palatasının sədri Lindsi Hoyl Kraliça ilə bağlı xatirələrini danışaraq sessiyanı açıb.
Sessiyada Baş nazir Liz Trass, müxalifətdəki Leyboristlər Partiyasının lideri Keyir Starmer və keçmiş Baş nazir Boris Conson çıxış ediblər.
Çərşənbə axşamı Kraliça II Elizabet tərəfindən hökuməti formalaşdırmaq tapşırığı alan Baş nazir Trass Kraliçanın dünyanın ən böyük liderlərindən biri olduğunu söyləyib.
Həmçinin Parlamentin Lordlar Palatasında da Kraliçanın xatirəsi yad olunub.
Qeyd edək ki, Britaniyanın ən uzun müddət hakimiyyətdə olan monarxı Kraliça II Elizabet dünən 96 yaşında vəfat edib. O, 70 ildir ki, taxtda idi. Krallıqda planlaşdırılan rəsmi işlər ləğv edilib. Ölkə daxilində və xaricdəki hərbi və diplomatik nümayəndəliklərdə bayraqlar yarıya qədər endirilib.
Müxtəlif ölkələrin rəhbərləri də Kraliça II Elizabetin vəfatı ilə bağlı başsağlığı mesajları göndəriblər.
Tehsil-press.az