Kraliça "sapfir" yubileyini qeyd edir

Kraliça Böyük Britaniya kraliçası II Yelizaveta taxta çıxmasının 65 illiyini - "sapfir" yubileyini qeyd edir.

Təhsil-press.az-ın məlumatına görə, bu barədə kral ailəsinin rəsmi "Facebook" səhifəsində xəbər verilib.
Bu münasibətlə kral sarayı kraliçanın fotoqraf Deyvid Beyli tərəfindən 2014-cü ildə çəkilmiş portretini yenidən yayınlayıb. Portretdə kraliça Yelizaveta 1947-ci ildə atası kral Georqun ona toy hədiyyəsi etdiyi sapfirlərlə bəzdilmiş sırğa və boyunbağıdadır.
Eləcə də sapfir yubileyi münasibətilə xüsusi markalar buraxılıb. Saraydan bildirilib ki, heç bir təmtəraqlı tədbirin keçirilməsi nəzərdə tutulmur.

Təhsil-press.az

Oxşar xəbərlər