“Kiyev danışıqları gecikdirdiyi təqdirdə Moskva ilə müzakirələr çətinləşəcək”

“Kiyev danışıqları gecikdirdiyi təqdirdə Moskva ilə müzakirələr çətinləşəcək” Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə danışıqları rədd etmədiklərini, lakin Kiyevin bunu ləngitməsi ilə Moskva ilə razılaşmanın mümkünlüyünün çətinləşəcəyini bildirib.
Lavrov bu haqda “Rossiya-1” dövlət kanalında yayımlanan proqramda danışıb.
Lavrov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının rəsmiləri və partiya rəhbərləri ilə görüşü zamanı ölkəsinin Ukraynadakı mövqeyini izah edib.
Rusiyanın Ukrayna ilə danışıqları rədd etmədiyini vurğulayan Lavrov, “Putin danışıqları rədd edənlərin prosesi gecikdirəcəyi təqdirdə bizimlə danışıqlar aparmağın bir o qədər çətin olacağını bildirib” deyib.
Vladimir Putin həmçinin vurğulayıb ki, Ukrayna təhlükəsizlik qüvvələri Qərb ölkələrinin verdiyi silahlardan istifadə edərək, Donbass şəhərlərinin mülki infrastrukturunu kütləvi atəşə tutmağa davam edir və bunun nəticəsində mülki əhali əziyyət çəkir.
Qlobal ərzaq təhlükəsizliyi problemləri müzakirə edilərkən, Qara dəniz limanlarından ixrac olunan taxılın ilk növbədə inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına yönəldilməli olduğu mövqeyi təsdiqlənib. Rusiya Prezidenti bildirib ki, Avropa Komissiyasının Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin Afrika, Yaxın Şərq və Latın Amerikası bazarlarına tədarükünə maneə yaratmaması son dərəcə vacibdir.

Tehsil-press.az

Oxşar xəbərlər