Lavrov və Pompeo Şimali Koreya və Suriya məsələlərini müzakirə etdi

Lavrov və Pompeo Şimali Koreya və Suriya məsələlərini müzakirə etdi Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Mayk Pompeo bazar ertəsi telefon danışıqları aparıb.
Tərəflər arasında Koreya yarımadasındakı vəziyyət, eləcə də yaxın gələcəkdə Rusiya və ABŞ əlaqələrinin genişlənməsi məsələləri müzakirə olunub.
Həmçinin BMT Təhlükəsizlik Şurasının 2254 nömrəli qətnaməsi əsasında Suriya münaqişəsinin həlli, eləcə də Koreya yarımadasında problemlərin həlli məsələləri diqqət mərkəzində olub.
S.Lavrov və M.Pompeo ikitərəfli münasibətlərin bəzi aspektləri, eləcə də Rusiya və ABŞ arasında yaxın zamanlarda siyasi təmasların planı barədə fikir mübadiləsi aparıblar.
Bu danışıqların ABŞ tərəfinin təşəbbüsü ilə keçirildiyi qeyd edilib.

Tehsil-press.az

Oxşar xəbərlər