ABŞ Prezidenti Co Bayden və həyat yoldaşı Cill Bayden kraliça II Elizabetin dəfn mərasimində iştirak etmək üçün Westminster abbatlığına özlərinə məxsus “Beast” markalı zirehli limuzinlə gəlib. Digər ölkələrin liderləri isə mərasimə gəlmək üçün Böyük Britaniya tərəfindən təqdim olunan avtomobillərdən istifadə edib.
Co Bayden yerli avtomobil parkının xidmətindən imtina edərək abbatlığa şəxsi avtomobilində gələn yeganə xarici lideridir. Dövlət başçılarının əksəriyyəti isə vida mərasiminə xüsusi avtobusla gəlib. Onların arasında Fransa Prezidenti Emmanuel Makron, Braziliya Prezidenti Jair Bolsonaru, Kanadanın Baş naziri Castin Trüdo, Xorvatiya Prezidenti Zoran Milanoviç, həmçinin Belçika kralı Flipp və başqaları var.
“Beast” adı həmin avtomobilə dövlətin birinci şəxslərinin mühafizəsinə cavabdeh olan ABŞ-ın Məxfi Xidməti tərəfindən verilib. Rəsmi kod adı “Stagecoach” olan limuzinin dizaynı Miçiqan ştatının Detroyt şəhərindəki “Cadillac” konveyerindən çıxan bütün avtomobil seriyalarından fərqlidir.
Tehsil-press.az