RF Prezidentinin mətbuat katibi Nensi Pelosinin Ermənistana səfərini şərh edib

RF Prezidentinin mətbuat katibi Nensi Pelosinin Ermənistana səfərini şərh edib Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərini şərh edib.
Kreml nümayəndəsi jurnalistlərlə söhbətində ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Yerevana səfəri barədə sualı cavablandırıb.
D.Peskov deyib: “Sözdə deyil, əməli işdə və hay-küysüz, populistcəsinə deyil, reallıqda sakit və işgüzarcasına münasibətlərin normallaşdırılmasına, sərhəddə vəziyyətin sabitləşdirilməsinə kömək edə biləcək hər nə varsa, bütün bunlar alqışlana bilər. Belə səs-küylü hərəkətlər və bəyanatlar bu normallaşdırılmaya həqiqətən kömək edəcəkmi? Bütün bunlar vaxt keçdikcə aydın olacaq”.

Tehsil-press.az



Oxşar xəbərlər