Çin Pelosinin səfəri ərəfəsində aviadaşıyıcılarını dənizə çıxardı

Çin Pelosinin səfəri ərəfəsində aviadaşıyıcılarını dənizə çıxardı Çinin “Liaoning” və “Shandong” aviadaşıyıcıları ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana mümkün səfəri ərəfəsində limanı tərk ediblər və dənizə çıxıblar.
Gəmilərin istiqaməti və dənizə çıxma saatı açıqlanmır.
Bundan əlavə, “Reuters” xəbər verir ki, Çinin hərbi təyyarələri Tayvanı Çindən ayıran boğazın ortasında yerləşən sərhəd xəttində nümayişkaranə şəkildə uçuşlar yerinə yetirirlər. Avqustun 1-dən etibarən orada bir neçə Çin hərbi gəmisi var.

Tehsil-press.az



Oxşar xəbərlər