BMT “Taliban”ı qızlar üçün orta məktəbləri açmağa çağırıb

BMT “Taliban”ı qızlar üçün orta məktəbləri açmağa çağırıb BMT bir il öncə Əfqanıstanda hakimiyyətə gələn “Taliban” hərəkatını qızların orta məktəbə getməsinə icazə verməyə çağırıb.
Bu barədə BMT-nin Əfqanıstana Yardım Missiyasının sentyabrın 18-də dərc olunan bəyanatında deyilir. BMT missiyasının hesablamalarına görə, Əfqanıstanda 12-18 yaş arası bir milyondan çox qız təhsil almaq imkanından məhrumdur.
Təşkilatın Baş katibi Antonio Quterreş də qızların təhsil alması istiqamətində maneələrin aradan qaldırılmasına çağırıb. Onun sözlərinə görə, “Taliban” hərəkatı qızların məktəbə qayıtmasına şərait yaratmalıdır.

Tehsil-press.az


Oxşar xəbərlər