Xəbər verdiyimiz kimi, “Taliban” hərəkatı avqustun 15-i paytaxt Kabili ələ keçirərək, bütün ölkə ərazisinə nəzarət etdiyini elan edib.
“Taliban”ın yenidən hakimiyyətə gəlməsi ilə əfqan qadınlar və uşaqlar üçün həyat öz donunu dəyişib. Belə ki, ölkə əhalisinin əksəriyyəti yeni rejimin 1996-2001-ci illərdə mövcud olan rejimlə eyni olmasından ehtiyat edirlər. Həmin dövrdə şəriət qaydaları ən sərt şəkildə tətbiq edilirdi. Bu zaman qızlar üçün təhsil almaq, qadınlara işləmək, müasir paltarlar geyinmək və yanında kişi olmadan küçəyə çıxmaq qadağan idi. Həyat yoldaşına xəyanət edən qadınlar isə daş-qalaq edilirdi.
“Taliban” hakimiyyətə gəldikdə öz mövqelərinin “yumşalması” barədə vədlər verib.
Onların sözlərinə görə, “əfqan qaydaların və islam dəyərlərinə” uyğun olaraq qadın hüquqlarına hörmət edəcəklər. Lakin hələlik Əfqanıstanda qadınların hüququ istiqamətində əhəmiyyətli addımların atıldığını görmək çətindir.
“Reuters” agentliyinin yeni fotoları sayəsində isə Əfqanıstanda “Taliban” rejimi dövründə sakinlərin necə yaşadığı barədə az-çox təsəvvürə malik olmaq mümkündür.
Fotolardan Kabilin attraksion parkında gənc qızların necə əyləndiyini, qadınların çörək növbəsində necə gözlədiklərini, kişilər arasında küçə döyüşlərinin ümumi mənzərəsini görmək mümkündür.
Tehsil-press.az