Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin anadan olmasının 53-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.
Tədbir Ülvi Bünyadzadənin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən universitetin rektoru akademik, Xalq yazıçısı Kamal Abdulla Ülvi Bünyadzadə haqqında xatirələrini bölüşüb, onu yüksək mədəniyyətə malik vətənpərvər tələbə kimi xatırlayıb: “Mən Ülvini şəxsən tanıyırdım. Ona dərs demişəm. Ülvi mədəni, həssas, nəcib, sadə, təmkinli və vətənpərvər insan idi. O, vətənimizin gələcəyinə inanan şəxs kimi bu yolda öz həyatını qurban verdi, qəhrəman kimi əbədiyyətə qovuşdu. Allah ona rəhmət eləsin! İnanıram ki, onun ruhu bu gün şaddır. Çünki bugünkü Azərbaycan Ülvinin arzuladığı Azərbaycandır. Prezident İlham Əliyev böyük cəsarətlə, ləyaqətlə Azərbaycanı xoşbəxt gələcəyə doğru aparır. Biz öz gücümüzü addım-addım ermənilərə sübut edirik. Prezidentimiz diplomatik yolla Azərbaycan həqiqətlərini dünyaya çatdırır, ordumuz isə cəbhədə öz sözünü deyir. İndi bizim üçün sınaq dövrüdür. Biz bu gün Prezidentimizin ətrafında sıx birləşmişik. Olduğumuz mövqedən asılı olmayaraq, lazım gələrsə, canımızı da bu yolda fəda etməyə hazırıq. Ülvinin və bütün şəhidlərimizin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq”.
Ülvi Bünyadzadənin bacısı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Könül Bünyadzadə anım tədbiri üçün universitet rəhbərliyinə təşəkkürünü bildirib, qardaşı haqqında xatirələrini bölüşüb: “Filosoflardan biri deyib ki, insan nə qədər kiminsə yadındadır, deməli o, sağdır. Ülvi də bu universitetin, kollektivin, rəhbərliyin, eyni zamanda, ustadı Kamal Abdullanın və gənclərin yadındadır. Ülvinin nəfəsini universitetdə yaşatdığınız üçün hər birinizə təşəkkürümü bildirirəm”.
Universitetin Fransız dili və mədəniyyəti mərkəzinin müdiri professor Əsgər Zeynalov və Ülvi Bünyadzadənin tələbə yoldaşı, universitetin əməkdaşı Gözəl Məmmədova şəhidin tələbəlik illərindən bəhs edib, onu təmiz qəlbli, vətənpərvər, gözəl bir insan kimi xarakterizə ediblər.
Qeyd edilib ki, o, 1990-cı ildə tariximizə yazılan 20 Yanvar gecəsində ölkəsinin azadlığı, xalqının dincliyi uğrunda şəhid olan gənclərdən biri idi. Əlaçı tələbə olmaqla yanaşı, həm də vətənpərvər gənc idi.
Daha sonra ADU-nun tələbələri Ülvi Bünyadzadənin şeirlərini səsləndiriblər.
Qeyd edək ki, Ülvi Yusif oğlu Bünyadzadə 1969-cu il sentyabrın 23-də Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində ziyalı ailəsində dünyaya göz açıb. İbtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini isə Daşkəsən şəhərində alıb. 1987-ci ildə indiki ADU-nun İngilis dili fakültəsinə daxil olub. Ülvi ərəb, fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb-oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilirdi. “Vətən üçün ölməliyik”, “Mən qorxmuram uzaq yola çıxmaqdan”, “Qocalmaz, sevgi qocalmaz”, “Heyif ki...” və s. şeirlərin müəllifidir. Ölümündən sonra ona “20 Yanvar şəhidi” fəxri adı verilib.
Tehsil-press.az