Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anım mərasimi keçirilib.
Filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli Ülvi Bünyadzadənin milli azaqdlıq uğrunda mübarizə əzmindən və onun bədii yaradıcılığından danışıb. O, deyib ki, Ü.Bünyadzadə günümüzə qədər yaşasaydı öz dövrünün məşhur ziyalı yazıçılarından biri olardı.
Ü.Bünyadzadənin bacısı professor Könül Bünyadzadə Azərbaycan Dillər Universitetində ildə iki dəfə Ü.Bünyadzadənin xatirəsinin anıldığını diqqətə çatdırıb və buna görə də universitet rəhbərliyinə öz minnətdarlığını bildirib. Qardaşı haqqında xatirələrini bölüşən K.Bünyadzadə qeyd edib ki, Ülvi içindəki həqiqətləri və gənclik missiyasını üzə çıxararaq öz şəxsiyyətinin qurucusu oldu: “Ülvi şəxsiyyətinə tam bir gəncə məxsus od-alov, çılğınlıq, irəliyə meyllilik və yaradıcılıq hakim kəsilmişdi”.
Digər çıxışçılar Ülvi Bünyadzadənin azadlıq uğrunda mübarizəsindən, onun gənclərə örnək ola biləcək nümunəvi davranışından, yaradıcı fəaliyyətindən bəhs ediblər.
Qeyd edək ki, Ülvi Yusif oğlu Bünyadzadə 23 sentyabr 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmənli kəndində ziyalı ailəsində dünyaya göz açıb. Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini (1986) isə Daşkəsən şəhərində alıb. 1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin İngilis dili fakültəsinə daxil olub. Ülvi ərəb, fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb-oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilirdi.
ADU-nun Mətbuat Xidməti