Zaporojye AES Rusiyanın mülkiyyətinə keçəcək - Putin fərman verdi

Zaporojye AES Rusiyanın mülkiyyətinə keçəcək - Putin fərman verdi Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Zaporojya Atom Elektrik Stansiyasının Rusiyanın mülkiyyətinə verilməsi haqqında fərman imzalayıb.
Kreml Sarayının saytında dərc olunan fərmanda Zaporojye AES-in fəaliyyəti üçün lazımi icazələrin veriləcəyi bildirilib.
Fərmanda qeyd olunub ki, bu elektrik stansiyası Rusiyanın federal mülkiyyətinə keçəcək və bu istiqamətdə Rusiya hökumətinə göstəriş verilib.
Qeyd edək ki, Ukraynanın cənub-şərqindəki Zaporojye Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır.

Tehsil-press.az



Oxşar xəbərlər