Çernobıl Atom Elektrik Stansiyasının elektrik enerjisi tamamilə kəsilib.
Bu barədə Ukraynanın Milli Enerji Şirkəti “Ukrenergo” məlumat yayıb.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tviterdə bu barədə açıqlama verib.
Nazir bildirib ki, Rusiya ordusunun nəzarətə götürdüyü Çernobıl AES və oradakı bütün nüvə obyektlərini qidalandıran yeganə elektrik şəbəkəsi zədələnib:
“Mən beynəlxalq ictimaiyyəti Rusiyadan təcili olaraq atəşkəs tələb etməyə və elektrik təchizatını düzəltmək üçün təmir işlərinə icazə verməyə çağırıram”.
Kuleba qeyd edib ki, Çernobıldakı ehtiyat generatorların cəmi 48 saat gücü qalıb.
"Bu müddətdən sonra işlənmiş nüvə yanacağının saxlandığı anbarın soyutma sistemləri dayanacaq və radiasiya sızması qaçılmaz olacaq. Putinin vəhşi müharibəsi bütün Avropanı təhlükə qarşısında qoyur. Buna dərhal son qoymaq lazımdır".
Xatırladaq ki, Çernobıl AES fevralın 24-də Rusiya hərbçiləri tərəfindən ələ keçirilib, bundan sonra stansiyadakı nüvə monitorinq sistemlərinin Beynəlxalq Atom Enerjisi Agentliyinə məlumat ötürülməsini dayandırdığı açıqlanıb.
Tehsil-press.az