Oktyabrın 6-da Dövlət Gömrük Komitəsinin Akademiyasında İstanbul Ticarət Universiteti ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, İstanbul Ticarət Universitetinin rektoru Yücel Oğurlu və Akademiyanın əməkdaşları iştirak edib.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov rektoru salamlayaraq onu rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Türkiyə arasında mövcud olan səmimi dostluq və qardaşlıq əlaqələrindən söz açan Qulu Novruzov Akademiyanın ümumi fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsindəki əlaqələri barəsində məlumat verib. Akademiya rəisi təhsil sahəsində əməkdaşlığın vacibliyini qeyd edərək qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyətin gələcək perspektivlərindən bəhs edib.
Daha sonra görüşdə Akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələr və layihələr haqqında təqdimat nümayiş olunub.
Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu bildirən İstanbul Ticarət Universitetinin rektoru Prof. Dr. Yücel Oğurlu rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verərək müxtəlif istiqamətlər üzrə Akademiya ilə təcrübə mübadiləsinin aparılmasının, birgə layihələrin təşkilinin mümkünlüyünü vurğulayıb.
Sonda rektor Akademiyada təhsilalanlar və ixtisasartırma kurslarında iştirak edən gömrük xidməti əməkdaşları üçün yaradılan şəraitlə yaxından tanış olub.
Tehsil-press.az