Dövlət Gömrük Komitəsinin Akademiyası ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Akademiyanın əməkdaşları, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edən İnara Vəliyeva və agentliyin nümayəndələri iştirak ediblər.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov qonaqları salamlayaraq onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Qulu Novruzov Akademiyanın tədris prosesi haqqında bəhs edərək İT sahəsində ingilis bölməsi də daxil olmaqla ümumilikdə 3 ixtisas proqramı üzrə kadr hazırlığının həyata keçirildiyini qeyd edib. Cari tədris ilində Akademiyanın İnformasiya təhlükəsizliyi ixtisası üzrə ilk məzun buraxılışı həyata keçirəcəyini bildirən Qulu Novruzov İT sahəsi üzrə peşəkar kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi üçün bu sahədə ixtisaslaşmış tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin önəmini diqqətə çatdırıb. Q. Novruzov Akademiya ilə Agentlik arasında əməkdaşlığın gələcək perspektivlərindən söz açaraq təcrübə proqramlarının təşkili, akademik sahədə püxtələşmiş İT mütəxəssislərinin Akademiyanın tədris fəaliyyətinə cəlb edilməsi və digər maraq kəsb edən məsələlərə də toxunub.
Daha sonra tədbirdə Akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələr və layihələr haqqında təqdimat nümayiş olunub.
Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu bildirən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edən İnara Vəliyeva təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verərək İT sahəsində müxtəlif istiqamətlər üzrə təcrübə mübadiləsinin aparılmasının, birgə layihələrin təşkilinin mümkünlüyünü vurğulayıb.
Görüş zamanı informasiya texnologiyaları sahəsi üzrə mövcud kadr potensialı və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Daha sonra qonaqlar Akademiyada təhsilalanlar və ixtisasartırma kurslarında iştirak edən gömrük xidməti əməkdaşları üçün yaradılan şəraitlə, həmçinin yeni qurulan linqafon kabineti, müasir texniki nəzarət vasitələri ilə təmin olunmuş auditoriyalar ilə yaxından tanış olublar.
Tehsil-press.az