Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov 2020/2021-ci tədris ilinin payız semestrinin yekunları və yaz semestrinin başlanması ilə bağlı tələbələrlə keçirilən onlayn görüşdə belə deyib.
Akademiya rəisi pandemiya dövründə tələbələrlə onlayn görüşlərin mütəmadi keçirildiyini, onlayn qəbul üçün müvafiq şəraitin yaradıldığını diqqətə çatdırıb. Qulu Novruzov Akademiyanın fəaliyyətində tələbələrin məmnunluğunun təmin olunmasının bir nömrəli prioritet olduğunu deyib. “Akademiya məzunlarının sabahkı rəqabət mühitində tələb olunan müasir bacarıqlarının təmin olunması üçün çalışırıq”,- deyə o, qeyd edib. Eyni zamanda, Qulu Novruzov deyib ki, yüksək səviyyəli, peşəkar mütəxəssislərlə yanaşı, Akademiyanın vətənpərvər, milli mənəvi dəyərləri qoruyan, cəmiyyət üçün faydalı, yetkin vətəndaşlar, şəxsiyyətlər yetişdirməsi bizim üçün prioritetdir.
Gömrük Akademiyasının beynəlxalq onlayn tədris platforması olan edx®-in ölkəmizdə ilk və yeganə rəsmi tərəfdaşı olduğunu vurğulayan Qulu Novruzov bildirib ki, Akademiya artıq bu proqramın xidmətlərini digər ali təhsil müəssisələrinə də tövsiyə edir. Akademiyanın beynəlxalq əməkdaşlıq fəaliyyəti haqqında söz açan Qulu Novruzov bir çox ölkələrlə ikitərəfli qarşılıqlı əlaqələrin qurulduğunu diqqətə çatdırıb.
Görüşdə payız semestrinin imtahan sessiyasının nəticələri, qiymətləndirmə, imtahan və apelyasiya prosesi, həmçinin yaz semestrinin başlanması, cari semestrdə tədrisin təşkili, onlayn dərslər və digər məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb.
Sonra tələbələr müxtəlif mövzularla bağlı öz fikir və təkliflərini dilə gətiriblər.
Tehsil-press.az