Dövlət Gömrük Komitəsinin Akademiyası və Litvanın Mikolas Romeris Universiteti (MRU) arasında əməkdaşlıq məsələləri iki ali təhsil müəssisəsi arasında keçirilən onlayn görüşdə müzakirə olunub. Görüşdə Litvanın gömrük və akademik sahədə öncül universiteti olan MRU ilə Gömrük Akademiyası arasında razılaşdırılmış memorandumun imzalanmağa hazır olduğu bildirilib, həmçinin gömrük tədrisi, təhsili və tədqiqatı üzrə əməkdaşlıq müzakirə olunub.
Onlayn görüşdə iştirak edən Litvanın Azərbaycandakı səfiri Egidiyus Navikas Azərbaycan-Litva münasibətlərinin yüksək səviyyədə olduğunu bildirərək, iki ölkənin bir çox sahələrdə əməkdaşlıq etdiyini deyib. O, gömrük sahəsində də ikitərəfli akademik əməkdaşlığın qurulması və inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Gömrük Akademiyasının rəisi Qulu Novruzov Azərbaycan və Litva arasında münasibətlərin bütün sahələrdə, o cümlədən təhsil sahəsində yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. O, aprelin 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Qitanas Nauseda arasında video-bağlantı formatında keçirilmiş görüşü xatırladıb. Gömrük üzrə akademik əməkdaşlığın başlanması və inkişaf etdirilməsinin iki ölkə arasında təhsil sahəsində münasibətləri gücləndirəcəyini bildirən Qulu Novruzov əməkdaşlığın qurulması təşəbbüsünün Akademiya tərəfindən irəli sürüldüyünü və MRU tərəfindən müsbət qarşılanaraq qəbul edildiyini nəzərə çatdırıb. “İki ali təhsil müəssisəsi arasında memorandum və tərəfdaşlıq həm də Azərbaycan və Litva arasında gömrük sahəsində ikitərəfli akademik əlaqələr yaradacaq və onu genişləndirəcək”, – deyə Akademiya rəisi qeyd edib.
MRU-nun rektoru İnqa Zaleniyene bildirib ki, Gömrük Akademiyası ilə bütün istiqamətlər üzrə, o cümlədən Avropa İttifaqının təhsil layihələri, həmçinin Erasmus+ proqramı çərçivəsində əməkdaşlıqda, eyni zamanda MRU və Akademiyanın birbaşa əməkdaşlığında maraqlıdır. O, Akademiya ilə ikili dərəcə proqramlarının və qarşılıqlı tələbə-müəllim mübadiləsi üzrə birgə proqramların həyata keçirilməsində də maraqlı olduğunu dilə gətirib.
Görüşdə hər iki ali təhsil müəssisəsindən prorektor, dekanlar və digər struktur bölmə rəhbərlərinin də iştirakı ilə Akademiya və MRU-nun əməkdaşlıq maraqları və perspektivləri, prioritet akademik sahələr - gömrük, beynəlxalq ticarət, logistika, hüquq, İKT üzrə birgə, həmçinin ikili akademik dərəcə və digər proqramların yaradılması, eyni zamanda Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Tehsil-press.az