Krım körpüsündəki partlayışı kim təşkil edib?

Krım körpüsündəki partlayışı kim təşkil edib? Krım körpüsündəki partlayışı Ukrayna xüsusi xidmət orqanları təşkil edib.
Bu barədə Amerikanın “The New York Times” qəzeti Ukrayna rəsmisinə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Ukraynanın yüksək rütbəli məmuru bunun arxasında Ukraynanın dayanması barədə məlumatı təsdiqləyib.
“Hökumətin partlayışla bağlı müzakirələrə qadağa qoyması səbəbindən adının açıqlanmasını istəməyən rəsmi əlavə edib ki, Ukrayna xüsusi xidmət orqanları partlayışı körpünün üzərindən keçən yük maşınına yüklənmiş bombadan istifadə edərək həyata keçirib”, - “New York Times” yazır.

Tehsil-press.az



Oxşar xəbərlər