Bu ölkələr Rusiya vətəndaşlarını sərhəddən buraxmayacaq

Bu ölkələr Rusiya vətəndaşlarını sərhəddən buraxmayacaq Baltikyanı ölkələr Rusiya vətəndaşlarının sərhəddən buraxılmaması barədə razılığa gəlib. 
Bu barədə məlumatı Latviyanın xarici işlər naziri Edqar Rinkeviç öz tviter hesabında paylaşıb. 
Məlumata görə, Rusiya vətəndaşlarına qarşı məhdudiyyətlər Latviya, Estoniya və Litva tərəfindən tətbiq ediləcək. Belə ki, Rusiya vətəndaşları Şengen vizasına sahib olsalar da sərhəddən buraxılmayacaq. Buna baxmayaraq, bu məhdudiyyətlər yük avtomobillərinin sürücüləri, diplomatlar və ailəvi və humanitar məsələlərə görə səfər edən şəxslərə şamil edilməyəcək. 
Məhdudiyyətlərin hansı tarixdən və necə tətbiq ediləcəyi isə açıqlanmayıb.
Sözügedən ölkələr Şengen zonasına daxildir və Şengen vizasına sahib şəxsləri sərhəddən buraxmalıdırlar. 
Qeyd edək ki, daha əvvəl bu ölkələrin nümayəndələri sərhədi keçən rusiyalı turistlərin “ictimai təhlükəsizliyə təhdid” adlandırıldığı bəyanat hazırlayıblar.

Tehsil-press.az

Oxşar xəbərlər