Polşa Rusiya vətəndaşlarının bu ölkəyə girişinə əlavə məhdudiyyətlərin tətbiqinə başlayıb.
Baltik ölkələrlə yanaşı Polşa da öz sərhədlərini Şengen vizasına malik Rusiya vətəndaşlarına bağlayacaq. Buraya turizm və işgüzar səfərlər, idman və mədəni tədbirlərdə iştirak daxildir.
Yeni qaydalar Polşada daimi yaşayış hüququ və yaxın qohumları yaşayan şəxslərə, eləcə də humanitar və tibbi əsaslarla ölkəyə səfər etmək istəyənlərə şamil edilməyəcəkdir. Eyni zamanda dissidentlər də istisna təşkil edəcəklər.
Şengen vizasına malik Rusiya vətəndaşları indiyədək Baltikyanı ölkələr və Polşaya səfər edə və eləcə bu ölkələrdən keçməklə digər Şengen ölkələrinə səfər edə bilirdilər. Sentyabrın 19-dan etibarən isə Rusiya vətəndaşları ölkəyə girişlə yanaşı, bu ölkələrdən keçməklə digər Şengen ölkələrinə səfər etmək imkanından da məhrum ediliblər.
Tehsil-press.az