İlon Mask ətir biznesinə başladı, bir neçə saata milyon dollar qazandı

İlon Mask ətir biznesinə başladı, bir neçə saata milyon dollar qazandı Amerikalı iş adamı İlon Mask ətir biznesinə başlayıb.
O, bu barədə məlumatı özünün tviter hesabında paylaşıb.
Belə ki, o, bundan sonra "Burnt Hair" (yanmış saç) adlı ətir istehsal edəcək. Özünün dediyinə görə, artıq bu ətirdən 20 min sifariş qəbul edib.
Bir neçə saat ərzində isə 10,000 şüşə ətir sataraq bir milyon dollar qazanıb. Məlumata görə, Maska məxsus “Boring Company” tərəfindən istehsal olunan ətirin qiyməti 100 dollardır.
"Mənim ətir biznesinə başlamağım qaçılmaz idi", - deyə Mask bildirib.
Qeyd edək ki, İlon Mask "SpaceX"in sahibi və "Tesla"nın baş direktorudur.

Tehsil-press.az

Oxşar xəbərlər