İlon Mask: Marsda insanların həyatı çətin olacaq

İlon Mask: Marsda insanların həyatı çətin olacaq “SpaceX” şirkətinin qurucusu İlon Mask Marsın məskunlaşmasının bəşəriyyət üçün ciddi sınaq olacağını bildirib.
Başqa planetə köçmək qərarına gələn insanların həyatını təsvir edən sahibkar Marsı tədqiq etmək istəyən insanları XX əsrin əvvəllərindəki Antarktidanı fəth etmək çağırışları ilə müqayisə edib: “Marsda həyatın, xüsusən də başlanğıcda dəbdəbəli olmayacağını vurğulamaq çox vacibdir”, - deyən İ.Maskın sözlərinə görə, bu, təhlükəlidir, ora narahatdır, geri qayıtmaq ehtimalı da azdır.
Sahibkar, həmçinin qeyd edib ki, Marsın müstəmləkəçiləri rahat yaşayış şəraitinə arxalana bilməyəcəklər.

Tehsil-press.az


Oxşar xəbərlər