Parisdə həmkarlar ittifaqının mitinqində nümayişçilərlə polis arasında toqquşmalar başlayıb.
Çərşənbə axşamı səhər saatlarında etirazçılar qiymətlərin artması və iş şəraitinin yaxşılaşması səbəbindən maaşların artırılması tələbi ilə Fransa paytaxtının küçələrinə çıxıblar.
Nümayişdə minlərlə insan, o cümlədən nəqliyyat, enerji, qida emalı, ticarət, təhsil və səhiyyə işçiləri iştirak edir.
Nümayişçilər arasında “sarı jiletlilər” hərəkatının tərəfdarları, müxtəlif gənclər təşkilatları, solçular, kommunistlər və “qara blok”dan olan radikal gənclər də var.
Qarşıdurmalar “qara blok”dan olan radikal gənclərin təxribatından sonra başlayıb. Onlar bankların şüşələrini sındırır, avtobus dayanacaqlarını qırır, zibil qutularını yandırır, hüquq-mühafizə orqanlarının əməkdaşlarına şüşə butulkalar və tüstü bombaları atırlar.
Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Tehsil-press.az