Fransada yanacaq vergisinin artırılmasına qarşı ölkə üzrə keçirilən etiraz aksiyalarında ümumilikdə 125 min nəfərin iştirak edib.
Bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Əvvəlcə Parisdə 31 min “sarı jiletlər” toplaşdığı bildirilsə də, sonradan onların sayının 10 min olduğu qeyd edilib.
Ölkə üzrə polis tərəfindən dindirilən etirazçıların sayı 1385-ə çatıb. Onlardan 974-ü müvəqqəti saxlanılıb. Parisdə isə dindirilən 920 etirazçıdan 619-u müvəqqəti saxlanılıb. Ölkə üzrə xəsarət alanların sayı 118 olub ki, onlardan da 17-si polis əməkdaşı və jandarmdır.
Parisdəki aksiya zamanı polis gözyaşardıcı qazdan, su şırnağından, eləcə də rezin güllələrdən istifadə edib. Paytaxtın bəzi məhəllələrində bəzi obyektlərin vitrinləri sındırılıb, avtomobillər yandırılsa da, ümumilikdə aksiyanın sakit keçdiyi bildirilir.
Tehsil-press.az