İspaniyada terroru təbliğ etməkdə və monarxa qarşı təhqiramiz ifadələr işlətməkdə günahlandırılan reper Pablo Aselin həbsinə qarşı etiraz mintinqlərində 48-ə yaxın etirazçı saxlanılıb. Bu barədə “El Periodico” qəzeti xəbər verib.
Onun məlumatına görə, etirazçılar Barselona və Madridin mərkəzində, həmçinin Kataloniya və Qranada əyalətindəki iğtişaşlar zamanı saxlanılıb.
Paytaxtda etirazlar Aseli azad etmək tələbi ilə yüzlərlə insanın toplaşdığı mərkəzi Puerta-del-Sol meydanında başlayıb. Aksiyanın aqressiv əhval-ruhiyyəli iştirakçıları polislərə müxtəlif əşyalar atmağa başlayıblar, şəhər əmlakına ziyan vurublar. Nəticədə polis dəyənəklərdən istifadə etməklə güc tətbiq etməli olub. “ABC” qəzetinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları mitinq iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər. “Europa Press” agentliyi bildirib ki, Madriddə iğtişaşlar zamanı doqquz nəfər xəsarət alıb.
Kataloniyada iğtişaşlar müxtəlif şəhərlərdə, o cümlədən Barselonada baş verib. Manifestantlar barrikadalar quraşdırıb, zibil konteynerlərini yandırıblar. “La Vanguardia” qəzeti xəbər verir ki, polis etirazçılara qarşı penoplast güllələrdən istifadə edib.
Mitinqlər Jironda, Lyeydada və digər yaşayış məntəqələrində də təşkil olunub.
Çərşənbə axşamı günü iğtişaşlar zamanı 15 aksiya iştirakçısı saxlanılıb, 30-dan çox insan xəsarət alıb.
Qeyd edək ki, Asel tvitterdəki paylaşımlarında və yutubda yerləşdirdiyi mahnısında terroru təbliğ etdiyinə və monarxa qarşı təhqiramiz ifadələr işlətdiyinə görə doqquz aylıq həbs cəzasına məhkum edilib.
Tehsil-press.az