Rusiyanın bu ərazilərində yüksək hazırlıq səviyyəsi tətbiq olunacaq

Rusiyanın bu ərazilərində yüksək hazırlıq səviyyəsi tətbiq olunacaq Rusiyanın Ukrayna ilə sərhəd bölgələrində orta səviyyəli reaksiya səviyyəsi tətbiq ediləcək.
Rusiya Prezidenti Vladimir Putin bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla Mərkəzi və Cənub Federal Dairələrinin digər bölgələrində yüksək hazırlıq səviyyəsinin tətbiq edilməsi də nəzərdə tutulur.
Bununla yanaşı, sərəncama əsasən, Rusiyanın digər subyektlərində baza hazırlıq səviyyəsi tətbiq ediləcək.
Bildirilir ki, orta səviyyəli reaksiya səviyyəsi Krım, Krasnodar diyarı, Belqorod, Bryansk, Voronej, Kursk, Rostov vilayətləri və Sevastopola aiddir.

Tehsil-press.az

Oxşar xəbərlər