İranın Təbriz şəhərində məcburi çadraya qarşı çıxmaq üçün başı açıq gəzən 3 qadını təhlükəsizlik qüvvələrinin saxlamağa cəhdi axşam saatlarında nümayişlərə səbəb olub.
Yerli mənbələrdən alınan məlumata görə, Təbrizin Qapalı bazarı yaxınlığında toplaşan izdiham rejim əleyhinə şüarlar səsləndirərək nəqliyyatın hərəkətini bağlayıb.
Bildirilib ki, hadisələr zamanı mülki geyimli polislərlə nümayişçilər arasında toqquşma olub. Yolda hərəkət edən avtomobillər siqnal səsləri ilə nümayişçilərə dəstək verib.
Qeyd edək ki, sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi İranda ictimai-siyasi vəziyyəti gərginləşdirib.
Tehsil-press.az