Kanada hakimiyyəti İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Bu barədə Kanadanın xarici işlər naziri Melani Joli bildirib.
Onun sözlərinə görə, rəsmi Ottava İran İslam Respublikası rəhbərliyini insan hüquqlarını və sabitliyini kobud şəkildə pozmasına görə ittiham edib.
Artıq 17 nəfərin sanksiyalara məruz qaldığı bildirilib. Onların sırasında İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif, istefada olan müdafiə naziri Əmir Hatəmi və parlamentin keçmiş spikeri Əli Laricani də yer alır.
Qeyd edək ki, Melani Joli yeni sanksiyaların tətbiqini Ottava hökumətinin İranda insan haqları pozuntularına, o cümlədən “əxlaq polisi”nin həbsxanasında Məhsa Əmininin ölümünə cavabı kimi dəyərləndirmişdi.
Tehsil-press.az