Görkəmli pianoçu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti, professor Fərhad Bədəlbəyli Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) kollektivi üçün xüsusi konsert proqramı ilə çıxış edib.
Konsert proqramı dahi bəstəkarımız Fikrət Əmirovun 100 illiyinə həsr olunub.
Əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Konsert proqramından öncə Xalq artisti, professor Zəhra Quliyeva çıxış edərək Fikrət Əmirovun yaradıcılığı, Azərbaycan musiqi sənətinin inkişaf tarixi və istiqamətləri haqqında geniş məlumat verib.
Daha sonra konsert proqramına başlanılıb. Mustafa Mehmandarovun dirijorluğu ilə reallaşan konsertdə Fərhad Bədəlbəylini Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib. Konsert zamanı canlı korifeyimiz Fərhad Bədəlbəyli Fikrət Əmirovun “Azərbaycan süitası”, “Kürd-Ovşarı” simfonik muğamı və “Ərəb mövzularına konsert” əsərlərini ifa edib.
Konsertdən sonra AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək Fərhad Bədəlbəyliyə kollektiv adından təşəkkürünü bildirib. O, konsertin universitetin professor-müəllim heyəti və tələbələrinin yaddaşında silinməz iz buraxacağını qeyd edib. Rektor qarşıdan gələn Zəfər Gününə diqqət çəkərək bildirib ki, Azərbaycan bəstəkarlarının əsərlərinin, xüsusilə milli-vətənpərvər ruhda olan bəstələrin Fərhad Bədəlbəyli kimi sənətçinin ifasında dinləmək AzMİU tələbələrinin bu istiqamətdə inkişafına böyük töhfə verəcəyi şübhəsizdir.
Azərbaycan musiqisinin inkişafında, milli bəstəkarlıq və ifaçılıq məktəbinin nümayəndələrinin yetişdirilməsində, dünyada Azərbaycan musiqisinin şöhrətinin ucaldılmasında və milli musiqimizin ecazkar gözəlliyinin gənc nəslə ötürülməsində böyük xidmətləri olan Fərhad Bədəlbəylinin konsert proqramı AzMİU kollektivinin böyük marağına səbəb olub.
Tehsil-press.az