ADMİU-nun tələbələri Beynəlxalq Muğam Mərkəzində konsert veriblər

ADMİU-nun tələbələri Beynəlxalq Muğam Mərkəzində konsert veriblər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri Beynəlxalq Muğam Mərkəzində (BMM) konsert proqramı təqdim ediblər.
Konsert ADMİU və BMM-in “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində keçirilib. Musiqi sənəti fakültəsi xalq çağlı alətləri ifaçılığı kafedrasının bakalavr və magistr pilləsi üzrə təhsil alan tələbələri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini və muğamlar ifa ediblər.
Konsert Xalq artisti, professor Zamiq Əliyevin bədii rəhbərliyi altında ADMİU-nun xalq çalğı alətləri ansamblının ifasında “Bayatı-Şiraz”la başlayıb. Sonra tələbələr S.Əliyevanın “Ana”, H.Rzayevin “Çahargah rapsodiyası”, V.Adıgözəlovun “Şuşam laylay”, “Laylay”, C.Cahangirovun “Qəzəl”, A.Bəbirovun “Konsert”, S.Kəriminin “Ömrümün istəyi”, D.Dadaşovun “Çinarənin sevinci”, F.Kreyslerin “Məhəbbət sevinci”, A.Piazollanın “Ave Mariya” əsərlərini oxuyublar.
Tədbirin sonunda xalq çalğı alətləri orkestrinin kamera heyəti Q.Qarayevin “Ehtiraslı rəqs” və V.Adıgözəlovun “Qərənfil” əsərlərini səsləndirib.
Hesabat xarakterli konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

ADMİU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər