Ərdoğan Binəli Yıldırımı və Şamil Ayrımı ziyarət etdi

Ərdoğan Binəli Yıldırımı və Şamil Ayrımı ziyarət etdi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda xəstəxanada AKP sədrinin müavini, sabiq Baş nazir Binəli Yıldırıma və millət vəkili Şamil Ayrıma baş çəkib.
Bu barədə NTV məlumat yayıb. Türkiyə lideri Yıldırımla Ayrımın səhhəti ilə maraqlanıb, onlara şəfa diləklərini çatdırıb. Ərdoğanı səhiyyə naziri Fahrettin Koca müşayiət edib.
Qeyd edək ki, Azərbaycanda yol qəzasına düşən Binəli Yıldırım, Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı çərçivəsində Qarabağda olan Binəli Yıldırım, Şamil Ayrım və polis rəisi Oğuzhan Dəmirci Cəbrayıldan qayıdarkən yol qəzasına düşüblər.

Tehsil-press.az



Oxşar xəbərlər