“Nüvə silahından yalnız Putin istifadə edə bilər” - Zelenski

“Nüvə silahından yalnız Putin istifadə edə bilər” - Zelenski “Avropada nüvə silahından yalnız bir subyekt istifadə edə bilər - Ukrayna deyil, Rusiya Prezidenti Vladimir Putin”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.
O, xatırladıb ki, son sutkada Rusiyanın müdafiə naziri Sergey Şoyqu “telefon karuseli” təşkil edib və xarici işlər nazirlərinə hansısa “çirkli nüvə bombası” haqqında hekayələrlə zəng edir.
Zelenski qeyd edir ki, eyni zamanda, hər kəs “bu müharibədə təsəvvür edilə biləcək çirkin hər şeyin mənbəyinin kim olduğunu” yaxşı bilir.
“Zaporojye AES-də radiasiya fəlakətini şantaj edən Rusiyadır; Rusiya raketlərinin, xüsusən də Ukraynanın nüvə obyektlərinin üzərindən keçən trayektoriyadır; Kaxovskaya su elektrik stansiyasının bəndini və bloklarını minalayan Rusiya hərbçiləridir. Stansiyanı partlatmaqla şantaj edir, mülki infrastruktura qarşı fosforlu sursatlardan, qadağan olunmuş piyada əleyhinə minalardan və bütün spektrli silahlardan istifadə edən Rusiyadır”, - Ukrayna Prezidenti vurğulayıb.
“Əgər Rusiya zəng edib deyirsə ki, guya Ukrayna nəsə hazırlayır, deməli, bu, bir o deməkdir ki, Rusiya bütün bunları artıq hazırlayıb”, - Zelenski əlavə edib.
Ukrayna Prezidenti hesab edir ki, indi dünya mümkün qədər sərt reaksiya verməlidir:
“Çünki bizə nə qədər güclü dəstək verilsə, bu müharibə və mümkün Rusiya təhdidləri bir o qədər tez bitəcək. Terrorçu dövlət payı qaldıranda bunun nəticə verməyəcəyini hiss etməlidir”, - Zelenski deyib.
O, bəyan edib ki, gələn həftə Ukrayna diplomatiyası üçün bir nömrəli vəzifə - baş verənləri izah etmək olacaq. O, əmindir ki, dünya Ukrayna ilə olacaq.

Tehsil-press.az


Oxşar xəbərlər