“AES-də partlayış olsa, bu, Avropanın sonu olacaq” - Zelenski

“AES-də partlayış olsa, bu, Avropanın sonu olacaq” - Zelenski Ukrayna Prezidenti Volodimir Zelenski Zaporojye AES-in atəşə tutulması barədə danışıb.
O, bu barədə videomüraciətində bildirib.
Dövlət başçısı qeyd edib ki, Rusiyadan başqa heç bir dövlət indiyədək nüvə enerji bloklarını atəşə tutmayıb:
“Avropa indi oyanmalıdır: Avropanın ən böyük AES-i yanır. Hazırda Rusiya tankları nüvə bloklarını atəşə tutur. Bunlar termal kameralarla təchiz olunmuş tanklardır. Yəni harada atəş açdıqlarını bilirlər. Bunun üçün hazırlaşırdılar”.
O, Çernobıl hadisəsini xatırladıb və əlavə edib ki, Rusiya bunu təkrarlamaq istəyir və artıq təkrar edir:
“Orada 6 enerji bloku var! Çernobılda bir enerji bloku partladı”.
Zelenski Ukraynanın tərəfdaşları ilə də əlaqə saxladığını bildirib:
“Mən artıq Çarlz Mişellə, Şolzla danışmışam, Duda ilə danışmışam, Prezident Baydenlə danışmışam. Biz İAEA rəhbəri Qrossi ilə, eləcə də Baş nazir Consonla əlaqə saxlamışıq. Biz hamıya xəbərdarlıq edirik, Rusiyadan başqa heç bir ölkə heç vaxt nüvə enerji bloklarına atəş açmayıb. Bu, bizim tariximizdə, bəşəriyyət tarixində ilk dəfədir ki, bir terrorçu dövlət də nüvə terroruna əl atır”.
O, həmçinin qeyd edib ki, rus təbliğatçıları “dünyanı nüvə külü ilə doldurmaqla” hədələyirlər. “İndi bu, təhlükə deyil, indi reallıqdır”, - deyən dövlət başçısı əlavə edib ki, stansiyada yanğının necə başa çatacağı məlum deyil.
Zelenski vurğulayıb ki, ukraynalılar AES-i həmişə təhlükəsiz saxlayıblar:
“Rusiya ordusunu dərhal dayandırmalıyıq! Partlayış olarsa, bu, hər şeyin sonu, Avropanın sonu olacaq! Bu, Avropanın boşaldılmasıdır! Yalnız Avropanın təcili hərəkəti dayandıra bilər. Avropanın AES-dəki fəlakətdən ölməsinə imkan verməyin!”.

Tehsil-press.az


Oxşar xəbərlər