Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və M.Rahim adına 7 nömrəli tam orta məktəbin əməkdaşlığı və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə ali təhsil ocağında məktəblilər arasında Zəfər Gününə həsr olunmuş “Vətən tarixi” adlı bilik yarışması keçirilib.
Tədbiri giriş sözü ilə açan sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev Vətən müharibəsində Qələbəmizin ölkəmiz, xalqımız üçün tarixi əhəmiyyətindən bəhs edərək, gənclərimizi bu cür vətənpərvər layihələrdə görməkdən fəxarət hissi duyduğunu bildirib. Prorektor Pedaqoji Universitet və 7 nömrəli məktəb arasında əməkdaşlığın mütəmadi xarakter daşıyacağını qeyd edib.
Daha sonra çıxış edən 7 nömrəli tam orta məktəbin direktoru Könül Təhməzova əməkdaşlığın gənclərimiz üçün nə qədər taleyüklü missiya daşıdığını diqqətə çatdırıb.
Məktəb şagirdlərinin iştirakı ilə keçirilən yarışda vətənpərvər ruhda müxtəlif intellektual suallar səsləndirilib.
Sonda ilk üç yeri tutan şagirdlər İsmayıl İbrahimli, Hüseyn Tağıyev və Mahmud Məlikzadə diplomla təltif olunublar.
Tehsil-press.az