Pedaqoji Universitetdə tədbir: El bilir ki, sən müəllimsən!

Pedaqoji Universitetdə tədbir: El bilir ki, sən müəllimsən! Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri İctimai Birliyinin (ADPU TKİB) təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "El bilir ki, sən müəllimsən!" mövzusunda tədbir keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, ADPU TKİB-nin sədri Nərgiz Quluzadə, Pedaqoji Universitetin bazasında 7 nömrəli tam orta məktəbin şagirdləri və 400 nəfərə yaxın tələbə iştirak edib.
Vətən uğrunda canından keçən şəhidlərimizin xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra şəhidlik zirvəsinə ucalan Azərbaycan müəllimləri haqqında məlumatlandırıcı videoçarx təqdim edilib.
Tədbirdə universitet tələbələrinin və 7 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında səhnəciklər göstərilib, daha sonra isə "Bizim Cəbiş müəllim" filmi izlənilib.

Tehsil-press.az



Oxşar xəbərlər