Mingəçevir Dövlət Universiteti (MDU) və Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər təşkilatlarının birgə təşkilatçılığı ilə Qarabağ Zəfərinin birinci ildönümü münasibətilə tələbələr arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə onlayn bilik yarışı keçirilib.
Yarışda hər biri 6 tələbədən ibarət 8 komanda mübarizə aparıb. Komandalardan altısı BDU-nu, ikisi isə MDU-nu təmsil edib.
Müxtəlif sahələrə aid məntiqi və dünyagörüşü xarakterli suallarla əhatə olunan oyun zamanı 57 xalla ən yaxşı nəticə göstərən BDU-nun “1984” adlı komandası yarışın qalibi olub.
Qeyd edək ki, Vətən müharibəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə MDU-da tərəfdaş universitetlərlə birlikdə müxtəlif formatda tədbirlər keçirilib.
Tehsil-press.az