Rusiyanın Ukraynadakı itkiləri açıqlandı

Rusiyanın Ukraynadakı itkiləri açıqlandı "Rusiyanın itkilərini bərpa etmək mümkün olmayacaq".
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski rus qoşunlarının vurulmuş texnikası barədə danışarkən deyib.
Onun sözlərinə görə, vurulan Rusiya helikopterlərinin ümumi sayı 250-yə yaxınlaşır:
"Bu gün dövlətimizin əksər ərazilərində bir neçə dəfə hava hücumu xəbərdarlığı edilib. Hərbi Hava Qüvvələrinin uğurları var. Belə ki, rusların daha bir helikopteri, daha bir pilotsuz təyyarəsi vurulub".
"Yeri gəlmişkən, vurulan Rusiya helikopterlərinin ümumi sayı artıq 250-yə yaxınlaşır”, - deyə Prezident əlavə edib.
Xatırladaq ki, Ukrayna mətbuatına əsasən, son 24 saat ərzində 480-ə yaxın rus əsgər ölüb. Ümumilikdə rus qoşunlarının canlı itkiləri təxminən 69 min nəfərə çatıb.
Son məlumatlara görə, fevralın 24-dən indiyədək 2 628 tank, 5 351 zirehli döyüş maşını, 1 686 artilleriya sistemi, 192 hava hücumundan müdafiə sistemi, 271 təyyarə, 248 helikopter, 1 379 əməliyyat-taktiki PUA, 46 tank və PUA vurulub.

Tehsil-press.az


Oxşar xəbərlər