Qərb və Moskvanın təklifi: Bakı rədd edir - Marukyan

Qərb və Moskvanın təklifi: Bakı rədd edir - Marukyan Ermənistan və Azərbaycan arasında sülh sazişinin “Vaşinqton variantı” mövcud deyil.
Bu sözləri Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan deyib.
Marukyan qeyd edib ki, Rusiya Prezidenti Putinin bu mövzuda açdığı müzakirəni qiymətləndiririk, ancaq sülh üçün “Vaşinqton” və ya “Qərb” variantı yoxdur:
“Sülh sazişi üçün Azərbaycanın layihəsi var, Ermənistana təqdim edilib və bu müddətdə Ermənistan onun üzərində işləyib. İş artıq başa çatıb. Deyə bilərəm ki, 31 oktyabrda Soçidə keçirilən görüşdə məhz bu sənədin üzərində müzakirə aparılacaq”.
Səfirin sözlərinə görə, sülhlə bağlı “Rusiya variantı”na gəlincə, bu, Moskvanın təklif etdiyi layihədir:
“Baş nazir Ermənistanın hələ sentyabr ayında (2021-ci il) bu təkliflərə müsbət reaksiya verdiyini bildirib. Bu təkliflər Ermənistan üçün məqbuldur, Azərbaycan üçün isə qəbuledilməzdir. Ermənistan ümid edir ki, Soçidə Rusiya öz təklifində qalacaq və Bakını razı salacaq”.
O bildirib ki, “Rusiya variantı” Qarabağ “münaqişəsinin” həllinin təxirə salınması və orada yaşayan ermənilərin “statusu” məsələsinin müzakirəsinin ertələnməsini nəzərdə tutur:
“Qərb isə şifahi təkliflər verib. Qərbin təklifi belədir ki, Qarabağ erməniləri ilə Azərbaycan arasında beynəlxalq mexanizm yaradılmalı, beynəlxalq ictimaiyyətin nəzarəti altında Xankəndi (? – red.) ilə Bakı arasında danışıqlar aparılmalıdır. Dialoq Qarabağ ermənilərinin hüquqları, azadlıqları, təhlükəsizliyi məsələləri ilə bağlı olmalıdır.
Qərb bu məsələnin elə indi, dərhal müzakirə edilməsini və mexanizm yaradılmasını təklif edir, Rusiya isə bu məsələnin müzakirəsini “sonraya” saxlayır”.
Marukyan Azərbaycan heç bir təkliflə razı olmadığını vurğulayıb:
“Soçi görüşündə Ermənistan “Dağlıq Qarabağ” ifadəsini də salmaq istəyir. Azərbaycan isə bunu qəti qəbul etmir.
Ermənistan Soçidə rus sülhməramlı missiyasının ən azı 10 il uzadılmasını da təklif edəcək. Azərbaycan buna razılaşacaqmı?”

Tehsil-press.az

Oxşar xəbərlər