BDU könüllüləri Xalq Təhsili Muzeyini ziyarət ediblər

BDU könüllüləri Xalq Təhsili Muzeyini ziyarət ediblər Bakı Dövlət Universitetinin (BDU) könüllüləri Xalq Təhsili Muzeyini ziyarət ediblər.
Ziyarət zamanı BDU könüllülərinə məlumat verilib ki, Xalq Təhsili Muzeyi 1932-ci il aprelin 27-də yaradılıb. Burada təhsil sahəsində xidmətləri olan maarifçilər, elm xadimləri, ziyalılar, qabaqcıl müəllimlər haqqında ətraflı məlumatlar, həmçinin təhsil müəssisələrinə dair sənəd və materiallar, tədris prosesini əks etdirən fotoşəkillər və müxtəlif eksponatlar nümayiş olunur.
Könüllülər ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında tarixi xidmətləri, Prezident İlham Əliyevin uğurlu təhsil siyasətinin əks etdirən stendlərlə tanış olublar.
Sonra könüllüləri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər