Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin III kurs tələbələri fakültənin müəllimləri Gülnarə Əhmədova və Polad Orucovun rəhbərliyi ilə Lənkəranda çöl-tədris təcrübəsində olublar.
Təcrübə zamanı Xəzərin fiziki coğrafiyası fənnini daha yaxşı mənimsəmək üçün tələbələr Hirkan Milli Parkı, Xanbulan gölü, dəniz sahili ərazilərin relyefi, təbiəti, fauna və florası ilə yaxından tanış olublar. Onlar Lənkəranda bir neçə tarixi abidəni, o cümlədən Zindan qalası və Lənkəran xanının sarayı olmuş tarix-diyarşünaslıq muzeyini ziyarət ediblər.
Ziyarət zamanı tələbələri maraqlandıran mövzularda müzakirələr aparılıb.
Tehsil-press.az