Hindistanın Qucarat ştatında asma körpünün uçması nəticəsində azı 40 nəfər ölüb, 100-dən çox insan itkin düşüb.
Morbidəki Machu bəndindəki körpü son iki ildir bağlansa da, cəmi bir gün əvvəl təmirdən sonra yenidən açılıb.
Telekanalın məlumatına görə, körpünün uçması zamanı onun üzərində uşaqlar da daxil olmaqla 500-dən çox insan olub.
Baş nazir Narendra Modi ölən və yaralananların ailələrinə bütün lazımi yardımların göstərilməsini əmr edib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, yardımın göstərilməsini çayın güclü axını, eləcə də gecə vaxtı olması çətinləşdirir. Hadisə yerinə Morbi şəhərinin, eləcə də ətraf şəhərlərin yanğınsöndürən qrupları göndərilib.
***
Hindistanda asma körpünün uçması nəticəsində ölənlərin sayı 91-ə çatıb. Onlardan çoxu qadınlar və uşaqlardır. Baş vermiş hadisəyə görə məsuliyyəti Hindistan hökuməti öz üzərinə götürüb.
Tehsil-press.az