Əlcəzairli jurnalistlər İlham Əliyevin çıxışını təhlil etdilər.
Əlcəzairin siyasi şərhçiləri və jurnalistləri Prezident İlham Əliyevin Ərəb Sammitindəki çıxışını təhlil edirlər
Əlcəzairli siyasi şərhçi Sami Kaidinin fransız dilində yayımlanan “Əl Mücahid” nəşrində dərc edilmiş “Qoşulmama Hərəkatının Sədri İlham Əliyev gələn ilin martında keçiriləcək tədbirin anonsunu verdi” sərlövhəli məqaləsində Azərbaycanın dövlət başçısının Fəxri qonaq qismində Ərəb Sammitinə dəvətinə görə əlcəzairli həmkarı Abdelmacid Tebbuna və Ərəb Dövlətləri Liqasının Baş katibi Ahmet Abul Qeytə təşəkkürünü bildirdiyi, həmçinin öz ölkəsinin ərəb dövlətləri ilə daha sıx əməkdaşlıq etmək istədiyini, Azərbaycanın da Əlcəzair kimi işğaldan əziyyət çəkdiyini söylədiyi diqqətə çatdırılıb.
Prezident İlham Əliyevin Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı çərçivəsində mühüm layihələr həyata keçirdiyini və mötəbər beynəlxalq tədbirlərin təşkil olunduğunu diqqətə çatdırdığını qeyd edən müəllif yazıb ki, Qoşulmama Hərəkatının Sədri Ərəb Liqasına üzv ölkələrin liderlərini gələn ilin martında Azərbaycanda keçiriləcək tədbirə dəvət edib.
Əlcəzairin “Medianawplus” portalında jurnalist Xavla Ahmetin müəllifi olduğu məqalədə də Qoşulmama Hərəkatının Sədri İlham Əliyevin Ərəb Liqasına üzv dövlətlərin başçılarını gələn ilin martında Bakıda keçiriləcək konfransa dəvət etdiyi vurğulanıb. Məqalədə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Ərəb Sammitindəki çıxışında ərəb dövlətləri ilə sıx əlaqələrin daha da inkişafına böyük əhəmiyyət verdiyini bildirib.
Məqalədə Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatına sədrliyi dövründə COVID-19 pandemiyasına qarşı mübarizə sahəsində görülən işlər, peyvənd təchizatında ədalətsizliyin aradan qaldırılması istiqamətində səylər, bu vacib məsələlərin BMT Baş Assambleyasının tribunasında müzakirəyə çıxarılması və Qoşulmama Hərəkatının xüsusi sammitinin təşkili barədə ətraflı məlumat verilib.
Sonda müəllif Prezident İlham Əliyevin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan quruculuq işləri, Ermənistanın hərbi təcavüzü nəticəsində öz yurdlarından didərgin düşmüş və 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış insanların evlərinə qayıtması istiqamətində başlanan “Böyük Qayıdış” proqramından bəhs etdiyi qeyd olunub.
Əlcəzairin TSA informasiya agentliyinin saytında isə Azərbaycan Prezidentinin tviter səhifəsində Ərəb Sammitində iştirakı və çıxışı ilə bağlı video paylaşımları təqdim olunub. Əlcəzair ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Qoşulmama Hərəkatının Sədri öz səhifəsində yazıb: “Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkib. Bizim torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı. Bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edirdik”. Eyni zamanda, Prezident İlham Əliyevin Əlcəzairdə Mücahidlər Muzeyini ziyarəti və təəssüratı barədə tviti də təqdim edilib: “Mücahidlər Muzeyində mənə məlumat verildi ki, Fransanın işğalı zamanı fransızlar 5 milyondan çox mina basdırmışdı. Bu isə mənə bizim eyni ilə üzləşdiyimiz, hazırda əziyyət çəkdiyimiz işğal zamanı Ermənistan tərəfindən bir milyondan çox minanın basdırılmasını xatırlatdı”.
Tehsil-press.az