Bakı Dövlət Universitetində (BDU) Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin məlumat sessiyası keçirilib.
BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev çıxış edərək Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı tarixi Qələbənin əhəmiyyətindən danışıb. O, tələbələri Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin fəaliyyətində yaxından iştirak etməyə çağırıb.
Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Yalçın Rəfiyev Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına üzv olduğu səkkiz il ərzində özünün uğurlu xarici siyasəti sayəsində bu təsisatın daxilində böyük nüfuz və etimad qazandığını vurğulayıb. O, 2016-cı ilin sentyabrında keçirilən XVII Zirvə Görüşündə Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının yekdil rəyi ilə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə qərar qəbul olunduğunu diqqətə çatdırıb. Hərəkatın XVIII Zirvə Görüşünün Azərbaycanda keçirilməsinin ölkəmizin qlobal proseslərdəki rolunun və beynəlxalq nüfuzunun gündən-günə artdığının parlaq göstəricisi olduğu bildirilib.
Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin sədri Orduxan Qəhrəmanzadə şəbəkənin yaradılmasında məqsəd və vəzifələri, qarşıda duran perspektivləri tədbir iştirakçılarının diqqətinə çatdırıb, gələcəkdə nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib. Tələbələri Gənclər Şəbəkəsində fəallığa dəvət edib.
Sessiyanın sonunda Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi katibliyinin rəhbəri Ceyran Cəfərovanın təqdimatında Qoşulmama Hərəkatı və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi haqqında videoçarx nümayiş olunub, tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az