Noyabrın 10-da 20 nömrəli məktəb-lisey kompleksində “AzEdu” təhsil portalının təşkilatçılığı ilə “Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində: gerçəklik və hədəflər” mövzusunda dəyirmi masa keçirilir.
Dəyirmi masada Azərbaycan universitetlərinin beynəlxalq reytinq cədvəllərində irəliləməsi, bu istiqamətdə atılan addım və təşəbbüslər, mövcud problemlər müzakirə edilir. Müzakirələrdə ali təhsil müəssisələrində beynəlxalq reytinq cədvəlinin inkişaf tələblərinə uyğun görülən işlərə toxunmaqla yanaşı, bu istiqamət üzrə ən yaxın hədəflər də nəzərdən keçirilir.
Tədbirdə Milli Məclisin deputatları, müxtəlif universitetləri təmsil edən beynəlxalq əlaqələr üzrə prorektorlar, ali təhsil müəssisələrinin digər səlahiyyətli nümayəndələri, təhsil məsələləri üzrə tanınmış ekspert və media təmsilçiləri iştirak edirlər.
Tehsil-press.az