BDU-nun alimi beynəlxalq dəyirmi masada

BDU-nun alimi beynəlxalq dəyirmi masada Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin professoru Çingiz İsmayılov Rusiyanın Həştərxan Dövlət Texniki Universitetinin təşəbbüsü ilə keçirilən “Xəzəryanı dövlətlərin ali məktəblərinin əməkdaşlığı: 25 il strateji tərəfdaşlıq” adlı beynəlxalq dəyirmi masada iştirak edib.
Tədbirdə professor Çingiz İsmayılov “Xəzəryanı universitetlərin elm və təhsil sahəsində əməkdaşlığının əhəmiyyəti” mövzusunda çıxış edərək, birgə layihələrin hazırlanması, tələbə və gənc alimlərin mübadiləsi və ikili diplom əldə edilməsi üçün səylərin artırılması məsələlərindən bəhs edib.
Dəyirmi masada Rusiya universitetlərinin nümayəndələri ilə yanaşı, Qazaxıstan və İran ali məktəbləri alimlərinin də çıxışları dinlənilib.
Sonda Xəzəryanı Ölkələrin Dövlət Universitetləri Assosiasiyasının prezidenti professor Yuri Pimenov universitetlərarası birgə inkişaf strategiyasının hazırlanmasının vacibliyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər