Bakı Dövlət Universitetində (BDU) görkəmli şərqşünas-alim, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin anadan olmasının 80 illik yubileyinə həsr edilən “Şərqşünaslıq: yeni istiqamətlər” mövzusunda Respublika elmi konfransı keçirilir.
Konfransın açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev akademik Vasim Məmmədəliyevin Azərbaycanda şərqşünaslıq və ilahiyyat elmlərinin və təhsilin inkişafında əvəzsiz rolundan danışıb, onun işıqlı xatirəsinin ürəklərdə daim yaşayacağını bildirib. Rektor görkəmli alimin elmin və dinin kütləviləşməsi istiqamətində mühüm fəaliyyətini diqqətə çatdırıb, Şərqşünaslıq fakültəsinin inkişafında xidmətlərini xatırladıb.
BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov görkəmli alim Vasim Məmmədəliyevin həyatı və zəngin elmi yaradıcılığından bəhs edib. Bildirilib ki, fəaliyyət göstərdiyi illər ərzində böyük uğurlar qazanmış Vasim Məmmədəliyev 10 il Şərqşünaslıq, 25 il İlahiyyat fakültələrinin dekanı olub, universitetin humanitar fakültələr üzrə prorektoru, 30 ilə yaxın Ərəb filologiyası kafedrasının müdiri vəzifələrində çalışıb. Alim ərəb dilinin mahir bilicisi kimi şərqşünaslıq elminin müasir səviyyəyə yüksəlməsində, ölkədə tolerant mühitin formalaşdırılmasında xüsusi xidmətlər göstərib. Vasim Məmmədəliyevin ən böyük xidmətlərindən biri isə müqəddəs “Qurani-Kərim”in tərcüməsidir. Akademik Ziya Bünyadov ilə birgə hazırlanan tərcümə çox uğurlu alınıb.
Tədbirdə akademik Vasim Məmmədəliyevin həyatı və fəaliyyəti ilə bağlı video izlənilib.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli görkəmli alimlə bağlı xatirələrini bölüşüblər.
Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan “Əsl ziyalı timsalı Vasim müəllim”, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov “Azərbaycan şərqşünaslığının həmişə qayıdılacaq səhifəsi”, Milli Məclisin deputatı, professor Jalə Əliyeva “Vasim Məmmədəliyev – elmin müdrik ziyası”, Ərəb filologiyası kafedrasının professoru Elxan Əzizov “Azərbaycan şərqşünaslığının inkişafında akademik Vasim Məmmədəliyevin rolu” mövzularında məruzələr ediblər.
Sonra Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığında, Əlcəzairdə, Müqəddəs Taxt-Tacda (Vatikan) fövqəladə və səlahiyyətli səfirləri Şahin Abdullayevin, Tural Rzayevin, İlqar Muxtarovun, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Qismət Gözəlovun konfrans iştirakçılarına təbrik məktubları səsləndirilib.
Görkəmli alimin oğlu Ayaz Məmmədəliyev atasının xatirəsinə göstərilən ehtiram üçün BDU rəhbərliyinə təşəkkürünü bildirib.
Plenar iclaslarla davam edən konfrans noyabrın 16-da yekunlaşacaq.
Tehsil-press.az