BDU-da akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunan elmi konfrans keçirilir

BDU-da akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunan elmi konfrans keçirilir Noyabrın 22-də Bakı Dövlət Universitetində (BDU) dünya şöhrətli alim, Əməkdar Elm Xadimi, Prezident təqaüdçüsü, “Şöhrət” və “Şərəf” ordenli akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunan elmi-praktik konfrans öz işinə başlayıb.
Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov V.Məmmədəliyevin bütün həyatının, fəaliyyətinin xalqımızın mənəviyyatının zənginləşməsinə xidmət etdiyini deyib. Vurğulanıb ki, alim halal zəhməti, intellekti, zəkası, dərin düşüncəsi ilə elmin yüksək pilləsinə ucalmış görkəmli elm xadimidir. Vasim Məmmədəliyev nəinki Azərbaycanda, onun hüdudlarından çox-çox kənarda da millətimizə həmişə başucalığı gətirir.
“Mənalı alim ömrü” mövzusunda məruzə ilə çıxış edən BDU-nun şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov akademikin həyat və fəaliyyətindən, yaradıcılığından söz açıb, İslam dininə verdiyi töhfələrdən danışıb.
Konfrans çıxışlarla davam edir.

Hikmət Əliyev


BDU-da akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunan elmi konfrans keçirilir

Oxşar xəbərlər