Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçiriləcək

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçiriləcək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 80 illik yubileyinə həsr olunan elmi konfrans keçiriləcək.
Konfransda görkəmli alimin keçdiyi həyat yolundan, zəngin elmi irsindən və şərqşünaslıq elminə verdiyi töhfələrdən söz açılacaq, məruzələr dinləniləcək.
Xatırladaq ki, oktyabrın 10-u görkəmli şərqşünas alim Aida İmanquliyevanın doğum günüdür.

Tehsil-press.az

Oxşar xəbərlər