“Bu, Ukraynanın günahı deyil”

“Bu, Ukraynanın günahı deyil” “İlkin təhlilimizə görə, Polşa ərazisində partlayış Ukrayna ərazisini müdafiə edən hava-hücumundan müdafiə sistemlərinin işi səbəbindən baş verib”.
Bunu jurnalistlərə açıqlamasında NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, lakin bu, Ukraynanın günahı deyil.
Stoltenberq, həmçinin qeyd edib ki, NATO ölkələri Polşadakı insidentlə bağlı təmasları dəstəkləyəcək.
“Rusiyanın NATO-ya qarşı hərbi fəaliyyətlər hazırladığına dair əlamətlər yoxdur. NATO istənilən an Polşa da daxil olmaqla, sərqə əlavə hava hücumundan müdafiə qüvvələri yerləşdirməyə hazırdır”, - deyə Baş katib qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər